» » Elşad İskəndərova yeni vəzifə verildi-

Elşad İskəndərova yeni vəzifə verildi- Eksklüziv+Yenilənib

Bölmə: BLOK XƏBƏR
Elşad İskəndərova yeni vəzifə verildi-
“O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks-sədri Elşad İskəndərova yeni vəzifə verilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin olunub.

Qeyd edək ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan əsas şəxslərdən biri idi.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün E. İskəndərovun özü ilə də əlaqə saxlayıb. O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib:

“Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm”.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.

***

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də E. İskəndərovun yeni təyinatından danışıb. E. Abdullayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, XİN-in xidməti əməkdaşı kimi Elşad İskəndərovun fəaliyyəti bərpa olunub:

"Elşad İskəndərov iyunun 6-da Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi vəzifəsinə təyin olunaraq İstanbula ezam olunub".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler