» » “25 il bir vəzifədə sırtılmış adama nə deyə bilərəm?”-

“25 il bir vəzifədə sırtılmış adama nə deyə bilərəm?”- Əkrəm Əylisli

Bölmə: BLOK XƏBƏR
“25 il bir vəzifədə sırtılmış adama nə deyə bilərəm?”-
Yazıçı Əkrəm Əylisli xalq şairi Fikrət Qocanın son müsahibəsində onunla dostluğu və qalmaqallı “Daş yuxular” əsəri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.


Yazıçı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, F.Qocanın söylədiklərinə cavab vermək nə mənim şəxsiyyətimə, nə də xarakterimə uyğundur:

“Bəzi adamların əlinə köhnə qisaslarını almaq üçün fürsət düşüb. Nə Allaha, nə də peyğəmbərə baxırlar. Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü lider hesab edən bir adama mən nə deyə bilərəm? Onun üçün nə bizim dostluğumuz, nə bir yerdə keçirdiyimiz zamanlar önəmlidir. O çalışır elə bir söz desin ki, kreslosunda daha çox otursun. Fikrət Qoca üçün bu dünyada müqəddəs bir şey qalıbmı ki? Ona münasibət bildirmək mənə əksiklik gətirər. “Daş yuxular” əsərimi isə artıq il yarımdır ki, müzakirə edib qurtara bilmirlər. Görün bu əsər bunlara nə boyda yer edib. Əgər bədii cəhətdən belə zəif əsər idisə niyə bu qədər danışırsız?”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler