» » “Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”-

“Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”- Atası

Bölmə: BLOK XƏBƏR
“Yarıçılpaq gəzənə qızım deyə bilmərəm”-
Aktrisa və aparıcı Kəmalə Quliyevanın xalq artisti Nurəddin Mehdixanlının qızı olmasını sübut edən sənədi paylaşandan sonra xalq artisti sosial şəbəkə vasitəsi ilə məsələyə münasibət bildirib. “Xalqinfo” xəbər verir ki, N.Mehdixanlı bildirib ki, özünü bu sayaq yarıçılpaq şəkillərlə təqdim edən və bu əməliylə fəxr edən hər kim olursa olsun, doğmam olsa belə mənim qızım ola bilməz:


“Özünə Nurəddin Mehdixanlının qızıyam deyən kəs, bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə Quliyeva bu etirazı gözlüyürmüş kimi bütün saytlara müsahibə verməyə başlayıb.

Hər kəsin səhvləri, günahları ola bilir. Amma 58 yaşlı bir insanı, sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını, millətinə, mədəniyyətinə sərf etmiş insanı mənəvi terror vasitəsi ilə qatil etmək nə dərəcədə ədalətli və doğrudur?

Mən sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edən hər kim olursa olsun, hər nəyim olursa olsun qızım deyə bilmərəm. Mənim qızım belə olmamalıdır. Məgər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram.

Kamran Quliyevden soruşuram ki, sən Kəmalə Quliyevanı qardaşı olaraq qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəyəm.

Əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız sənədlər düz də ola bilir, saxta da.. Artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il ərzində nə mən sizi görmüşəm, nə də ki, siz məni.

Bəlkə də Kəmalə Quliyava nələrəsə ümid edirdi, amma o bütün körpüləri uçurtdu. Heç bir qız lap sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı. Mən sizin düşməniniz deyiləm, heç zaman da olmayacam.

Amma gün gələcək sizi qızışdırıb ortalığa salanlar, sizi əllərində oynadanlar, sizin sayənizdə məni təhqir etməklə reytinq qazanmağa çalışanlar, istədiklərinə nail olanlar çəkilib yox olacaqlar. O vaxt çox peşman olacaqsan Kəmalə Quliyeva.

Həm də səni yaxşı başa düşdüm. Sənə çəkilmiş olduğun seriallar üçün reklam lazım idi. Və sən bunu Nurəddin Mehdixanlının adı ilə etdin. Seriallar gəlib gedər, amma atam dediyin Nurəddin Mehdixanlı sənin üçün ölmüşdür”.qafqazinfdo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler