» » Bakıda avtobuslar toqquşdu -

Bakıda avtobuslar toqquşdu - 15 yaralı var + Yenilənib

Bölmə: BLOK XƏBƏR
Bakıda avtobuslar toqquşdu -
Bir neçə dəqiqə əvvəl “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasının yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın xəbərinə görə, hadisə saat 10.00 radələrində metrostansiyanın üzərindən keçən Qara Qarayev prospekti, 2a ünvanının qarşısında törədilib.

İki marşrut avtobusunun toqquşması nəticəsində baş verən qəza zamanı 15-ə yaxın sərnişinin xəsarət aldığı bildirilib.

Qəza yerinə təcili tibbi yardım briqadaları cəlb olunublar.

Hadisə ilə bağlı əlavə məlumat verəcəyik. Hadisənin təfərrüatları bəlli olub.

***

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya səbəb 36 və 1 saylı sərnişin avtobuslarının toqquşması olub.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, qəza nəticəsində 8 nəfər xəstəxanaya çatdırılıb. Yaralıların artacağı gözlənilir.

Xəsarət alanların kimliyi haqda isə məlumat verilmir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler