» » YAP-çı deputatdan qaraçı uşağı sürüyən turistə -

YAP-çı deputatdan qaraçı uşağı sürüyən turistə - sərt təpki

Bölmə: BLOK XƏBƏR
YAP-çı deputatdan qaraçı uşağı sürüyən turistə -
"Hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət verməlidirlər"


Bakının “Tarqovı” kimi tanınan məşhur Nizami küçəsində əcnəbi turistin azyaşlı qaraçını sürüməsinə YAP-çı deputat Aydın Mirzəzadə sərt şəkildə münaibət bildirib. "Xalqinfo"nun məlumatına görə, deputat bu barədə özünün facebook hesabında yazıb: "Bu gün virtual mətbuatda Bakının mərkəzində bir əcnəbi turistin bir körpə uşağın əlindən tutaraq saymazyana onu yerlə sürüməsi barədə məlumat yayıldı. Həmçinin onu təsdiq kimi bir şəkil də verildi.

Deyilənə görə, bir azyaşlı qaraçı əcnəbi turistin 200 manat pulunu oğurlayaraq qaçıb.

Pul oğurlayan qaraçı ətrafdakı şəxslər tərəfindən tutulub və turistə verilib. Turist isə uşağı sürüyə-sürüyə polisə aparıb.

Qaraçıların qeyri-qanuni hərəkətləri əlbəttə ki, ayrıca və ağrılı bir mövzudur. Bu barədə çox deyilib və vaxtaşırı da inzibati tədbirlər görülür.

Ancaq diqqəti çəkən Azərbaycana gələn turistin hamının gözü qarşısında uşağa qarşı qəddar hərəkətləridir. Onun heç kmi vecinə almadan uşağı yerlə sürüməyi heç bir çərçivəyə sığmayan bir hərəkətdir. Uşağın heç bir hərəkəti ona qarşı qəddar və vəhşi hərəkətin edilməsinə səbəb ola bilməz.

Xarici vətəndaşın bunu bildiyi halda Bakının mərkəzində hamının gözü qarşısında uşağı yerlə sürüməyi qanunlarımıza v ümumilikdə bizlərə qarşı bir saymamazlıqdır. Özünə və cəzasızlığına inamı xarici ölkədə onun belə azğın hərəkətinə gətirib çıxarır.

Və inanmıram ki, o öz ölkəsinə belə hərəkət edə biləydi.

Mənə maraqlı gələn onun hərəkətinə hadisəni müşahidə edənlərin soyuq yanaşmasıdır. Kimsə qabağa çıxmadı, kimsə ona "dur" demədi. Ona qarşı bir ictimai hiddət ortaya qoyulmadı.

Ancaq lazım idi.

Hesab edirəm ki, ölkənin hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət verməlidirlər.

Yada salım ki. cəmi üç gün əvvəl 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü idi. O cümlədən Bakının mərkəzində xarici turistin yerlə sürüdüyü o 10 yaşlı uşağın da".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler