» » Bakıda daha bir keçid qalmaqalı -

Bakıda daha bir keçid qalmaqalı - Fotolar

Bölmə: BLOK XƏBƏR
Bakıda daha bir keçid qalmaqalı -
Piyadaların istifadəsi üçün tikilən keçidin bir hissəsi kərpiclə hörülüb, içi təmir edilib...


Bakıda daha bir əcaib fakt üzə çıxıb. Budəfəki qeyri-adi mənzərə paytaxtda inşa edilən yerüstü piyada keçidlərinin birində müşahidə olunub. "Qafqazinfo"nun məlumatına görə, həmin mənzərə virtualaz.org saytının əməkdaşının kamerasına tuş gəlib.

Bu keçidi digərlərindən fərqləndirən cəhət onun təmizliyi, yaxud ondan səliqəli istifadə olunması deyil.

Əksər keçidlər kimi burada da natəmizlik baş alıb gedir. Üfunət iyi qoxuyan bu keçid axşam saatlarında sərxoşların və avaraların məkanına çevrilir.

Belə ki, Səbayel rayonu, Şıxov ərazisində (Bakı-Salyan yolu, Bibiheybət məscidini keçəndən sonrakı ilk keçid, istirahət mərkəzlərinin qarşısında) olan bu keçidin əsas fərqliliyi buranın bir hissəsinin... icarəyə verilməsidir. Bəli, yanlış duymadınız, keçidin bir hissəsi icarəyə verilir!!!

Piyadaların istifadəsi üçün tikilən keçidin bir hissəsi kərpiclə hörülüb, içi də təmir edilib. Obyektin üzərinə vurulan elandan da görünür ki, “obyekt”, daha doğrusu, yerüstü keçidin “sahibi” icarədar axtarır.

Ancaq insaf naminə deyək ki, icarəyə verilən bu “obyekt”in fəaliyyəti piyadalara mane olmur. Çünki bu “obyekt”ə giriş üçün əlavə qapı açılıb.

İcarə haqqı ilə maraqlanmaq üçün obyektin üzərində qeyd olunan telefon nömrəsinə zəng vurduq. Zəngimizə cavab verən şəxs bizə başqa əlaqə nömrəsi verdi. Zəng vurduğumuz ikinci nömrəyə Samir adlı şəxs cavab verib özünü obyektin sahibi kimi təqdim etdi. İcarə haqqında güzəşt də edəcəyini deyən obyekt sahibi bizə bir ay da müddət verəcəyini söylədi.

Obyektin keçidin içində olmasına, bu üzdən də sonradan hansısa problemin yaşanıb-yaşanmayacağı ehtimalına gəlincə isə “obyekt”in sahibi bütün sənədlərinin qaydasında olduğunu, Səbayel Rayon İcra Hakimiyyətindən (RİH) müvafiq qanuni sənədləri aldığını da sözlərinə əlavə etdi. Bizə isə deyəcək başqa söz qalmadı...

Piyada keçidlərinin tikintisinə və istismarına məsul olan “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev virtualaz.org saytına açıqlamasında həmin yerüstü piyada keçidinin ASC tərəfindən tikildiyini təsdiqlədi. Lakin orada açılan bazardan, “özəl obyekt”dən xəbərsiz olduğunu və gün ərzində məsələnin araşdırılması üçün adıçəkilən əraziyə əməkdaşlar göndərəcəklərini dedi.

Səbayel RİH-in şöbə müdiri İsrafil Kərimov məsələyə yalnız araşdırma apardıqdan sonra cavab verə biləcəklərini dedi.

Əraziyə və tikiliyə məsul qurumların mövqeyinə hörmət və anlayışla yanaşdığımızı xatırlatmaqla yanaşı yalnız bunu deyə bilərik: müvafiq orqanlar nə deyirlərsə desinlər, “obyekt” sahibi də dediyinin üstündə durur - dövlət vəsaiti hesabına xalq üçün tikilmiş keçidi icarəyə verir, hələ güzəşt və endirim də vəd edir...
Bakıda daha bir keçid qalmaqalı -
Bakıda daha bir keçid qalmaqalı -
Bakıda daha bir keçid qalmaqalı -
Bakıda daha bir keçid qalmaqalı -
Bakıda daha bir keçid qalmaqalı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler