» » Ziya Məmmədov 3 nəfəri işdən qovdu

Ziya Məmmədov 3 nəfəri işdən qovdu

Bölmə: BLOK XƏBƏR
Ziya Məmmədov 3 nəfəri işdən qovdu
20-yə yaxın yük maşınlarının dövlət nömrə nişanları sökülüb

“Xalqinfo” xəbər verir ki, ANS TV-nin məlumatına görə, nömrələrin kim tərəfindən sökülməsi istiqamətində araşdırma aparılacağı deyilmişdi və artıq həmin araşdırmanın nəticəsi məlum olub və bunu sizə təqdim edirik:

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, həmin şəxslər bu yola sürücülərin lisenziyası və fərqlənmə nişanları olmadığı üçün əl atdıqlarını bildiriblər.

Amma istənilən halda, bu, qanun pozuntusu olduğu üçün müfəttişlərin etdikləri hərəkət sübuta yetirilib və 3 nəfər rəhbərlik tərəfindən işdən qovulma ilə cəzalandırılıb: “Bundan sonra da kimsə bu hərəkəti edərsə, ən azı işindən azad olunacaq”.

N.Həsənov bildirib ki, yəqin ki, bundan sonra heç bir müfəttiş bu üsula əl atmağa cəsarət etməyəcək. Çünki onların başqa işləri də araşdırılacaq və ən sərt cəza tədbirləri görüləcək.

Nömrələr geri qaytarılıb və sürücülərə qeyri-qanuni fəaliyyət göstərdikləri üçün xəbərdarlıq edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler