» » Ən uzunu Azərbaycandadır...

Ən uzunu Azərbaycandadır...

Bölmə: BLOK XƏBƏR
Ən uzunu Azərbaycandadır...
Təhsil Naziri Mikayıl Cabbarov bildirib ki, orta məktəblərdə təhsil müddəti uzanacaq, tətillər isə qısaldılacaq. Onun sözlərinə görə, yeni qaydalar növbəti tədris ilindən tətbiq edilməyə başlanacaq.

Mikayıl Cabbarov dərs ilinin uzadılmasının səbəblərini açıqlayıb. Bildirib ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycanda şagirdlərin təxminən 8 həftə az dərs keçir. «Təbii ki, bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, həmçinin təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Dərs ilinin uzadılmasının digər səbəbi isə müddət qısa olduğundan eyni fənn və ya akademik proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə salınması şagirdlərin yüklənməsinə gətirib çıxarır. Tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə müsbət təsir göstərəcək”

Təhsil eksperti Nadir İsrafilov deyir ki, sovet dönəmində tədris 35 həftə idi. «İndi 32 həftədir. Dünya təhsilində tədris ili 38-40 həftə olur. Düzdür, bizdə təhsil müddəti çox qısadır, dünya standartlarından xeyli geridir. Bu da tədris materillarının ağırlaşmasına gətirib çıxarır. Tədris ili iyun ayına qədər uzadılsa, qarmaqarışıqlıq yaranacaq. Mayın sonuna doğru məktəblərin qarşında müşahidə aparsaq, görərərik ki, dərsə gələn şagirdlərin sayı azalıb. O ki, qaldı iyun ayında uşaqlar dərsə gələ. Tədrisin uzunmüddətlii olması onun keyfiyyəti olması demək deyil. Bəzi kurslar var ki, bizim tədrisin 1 ilə öyrətdiyini 2 ay müddətinə öyrədir. Düzdür, proqram ağır olur. Ancaq, keyfiyyətli təhsil əldə edilir”.

Xarici ölkələrdə tədris müddətləri

“Qafqazinfo” Bizimyolinfo.com-a isinadən xəbər verir ki, Yaponiyada təhsil aprelin 1-i başlayıb, mart ayında başa çatır. Təhsil 3 rübdən ibarət olur. Birinci rüb aprel ayının 1-i başlayır, iyul ayında başa çatır. İkinci rüb sentyabr ayından dekabr ayına qədər, üçüncü rüb isə yanvar ayından mart ayına qədər davam edir. Hindistanda yeni dərs ili iyun ayında başlayıb, mart ayında başa çatır. Danimarka və Finlandiyada dərslər avqust ayında başlayıb, iyun ayında başa çatır. Avstraliyada dərslər yanvar ayında başlayıb, dekabr ayında başa çatır. Braziliyada isə tədris ili fevral ayının birinci həftəsi başlayır, dekabr ayında başa çatır. Burada iyul ayında 3 həftəlik tətil olur. Çexiya, Estoniya, Belçika və Slovakiyada yeni dərs ili sentyabrın 1-i başlayıb, iyunun 30-u başa çatır. Belçikada ikisi iki həftə, ikisi isə bir həftə olmaqla dörd dəfə tətil olur. Braziliyanın konstitusiya görə tətil müddəti 200 gün olmalıdır. Pakistanda dərs ili avqust ayında başlayıb, may ayında başa çatır. Qonşu ölkə Türkiyədə isə dərslər 15 sentyabr başlayır. Birinci rüb yanvarın 25-i, ikinci rüb isə iyun ayında bitir. Fələstində Səudiyyə Ərəbistanından fərqli olaraq dərslər sentyabrın 1-i başlayır. Səudiyyə Ərəbistanında dərslər Ramazan bayramından sonra başlayır.

Məktəblilərin və tələbələrin çoxdan gözlədiyi yay tətili artıq mayın 31-dən başlayıb. Uzun bir dərs ilini arxada qoyan tələbə və məktəblilər üç ay boyunca istirahət edib, yeni dərs ili üçün enerji toplayacaqlar. Bəs bu üç ayı gənclər və uşaqlar necə səmərəli keçirəcəklər?

Gənclərin və uşaqların vaxtlarını dəyərli keçirmələri üçün hansı şansları var?

Məktəblilərin tətillərini maraqlı keçirməsi üçün özəl şirkətlər xarici ölkələrdə yay məktəbləri, düşərgələr təşkil edir. Ancaq, tələb olunan ödənişlər az deyil. Belə ki, London, Kembric, Mançestr, NyuKasl və Kardifdə 14 günlük yay məktəbi 2750, 21 gün üçün 3270, 28 gün üçünsə 4450 manatdır. Harvard University Yay Məktəbi Proqramı isə iki həftəlik 6140, 3 həftəlik 8185, 4 həftəlik 10200 AZN-dir. Budapeştdə 4 həftəlik yay məktəbinin qiyməti 1652 AZN, Çexiyada 2525 AZN, Maltada 4000 AZN-dir. Qonşu ölkə Türkiyədə yay düşərgələrinin qiyməti 2 həftə - 1750, 3 həftə - 1950, 4 həftə isə 2150 AZN-dir.

Ölkəmizdə tələbələr üçün olan yay məktəblərindən biri Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ARDNŞ-la birgə 5-18 iyul tarixlərində 8-ci Bakı Yay Enerji Məktəbini təşkil edəcək. Yay məktəbi üçün artıq sənəd qəbulu başlanıb. Yay məktəbində ARDNŞ, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri, BP, Statoil, ExxonMobil, Total, Lukoil kimi enerji şirkətlərinin nümayəndələri də iştirak edəcəklər. Bakı Yay Enerji Məktəbi enerji, enerji hüququ, enerji iqtisadiyyatı və siyasəti, ətraf mühitə təsirlər və strateji idarəetmə kimi məsələləri əhatə edir.

İkinci bir yay məktəbi “SOCAR Yay Məktəbi 2014″ layihəsidir. Yay Məktəbində iştirak etmək üçün tələbələrə qoyulan şərtlər ölkə daxilində və ya xaricdə bakalavr (2,3,4-cü kurs) və magistr pillələrində avtomatika və İKT, boru kəmərləri, ekologiya, energetika, geoloji kəşfiyyat, hüquq, qaz-neft-mədən, qazma, iqtisadiyyat, kimya-texnologiyası, neft-mexanika ixtisasları üzrə təhsil almaqdır.

CELT yay düşərgəsi isə CELT Colleges tədris mərkəzi tərəfindən həyata keçirilir. Düşərgənin tərkibinə gündəlik ingilis dili dərsləri, xarici müəllimlə ingilis dili, əyləncəli və elmi oyunlar, gündə 3 dəfə yemək və 24 saatlıq mühafizə daxildir. Düşərgənin 2 həftəlik qiyməti 600 manat, 4 həftəlik 1200, 6 həftəlik isə 1800 manatdır.

“Gənclərə cəmiyyətdən qəribə basqılar var”

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev deyir ki, yay məktəblərində iştirak etmək üçün yerli tələbələrdən müraciətlər həddindən artıq çoxdur. Məsələ burasındadır ki, gənclər təkcə yay məktəbi üçün yox, həmçinin kurslar, təcrübə və mübadilə proqramları üçün müraciət edirlər: “Azərbaycanda problem təkcə yay məktəblərinin olmaması deyil. Mövcud daxili proqramlarda təcrübəli mütəxəssislərin olmaması da əsas rol oynayan faktorlardan biridir. Bundan başqa gənclərə cəmiyyət tərəfindən qəribə basqı var. Şirkətlərin ən çox eşitdiyi sözlər içində “Müəllim, rahat qısa şalvarımı ( şortik) geyinib, dərs oxumaq istəyirəm”. Azərbaycanda təşkil olunan 1-2 həftəlik yay məktəblərinin qiyməti isə bahadır. Bu səbəbdən gənclər məhz xarici ölkələri seçir”.

Təhsil eksperti Nadir israfilov deyir ki, toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə hansısa müvəffəqiyyətlər əldə etmək olar. “Şagirdin fiziki-əqli inkişafı onun yalnız dərs oxumasından asılı deyil. Hazırda ən böyük problem şagirdlərin asudə vaxtının təşkili məsələsidir. Keyfiyyətli təhsil üçün ilk öncə şagirdin səmərəli istirahətini təşkil etmək lazımdır”.
qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler