» » Bəşər Əsəd yenə 99 faizlə qalib olacaq?

Bəşər Əsəd yenə 99 faizlə qalib olacaq?

Bölmə: BLOK XƏBƏR
Bəşər Əsəd yenə 99 faizlə qalib olacaq?
Vətəndaş müharibəsinin hökm sürdüyü Suriyada dünəndən etibarən start götürən prezident seçkiləri beş saat davam edib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkiləri izləyən rusiyalı müşahidəçilər səsvermənin bütün beynəlxalq standartlara cavab verdiyini bəyan ediblər. Lakin Suriya hökuməti əleyhdarları artıq seçkilərin saxta keçirildiyini elan ediblər. Hökumət nümayəndələri isə hesab edirlər ki, bu seçkilər böhranın həlli məsələsinə yardım edəcək.

Müxalifət nümayəndələrinin “azad edilmiş” adlandırdıqları rayonlarda isə seçkilər keçirilməyib. İdlib əyalətinin şəhər və kəndlərində isə yerli əhali seçkinin onlar üçün heç bir məna kəsb etmədiyini bildiriblər. Onların sözlərinə görə, prezident Bəşər Əsad qatildir və istənilən halda rejim ona 99 faiz səs yazdıracaq.

Qeyd edək ki, dövlət başçısı Suriyada yeddi illik seçilir. Namizədin qalib gəlməsi üçün 50 faiz səs toplaması lazımdır. Əgər ilk turda qalib müəyyənləşməsə daha çox səs toplayan namizədlərin iştirakı ilə ikinci tur təşkil ediləcək. Prezidentliyə namizədlər isə hazırki prezident Bəşər Əsəd və deputat Maher Hajjarla keçmiş nazir Hassan an Nuridir. Lakin seçkinin favoriti hazırki dövlət başçısı Bəşər Əsəd hesab edilir. Baxmayaraq ki seçkinin nəticələri sabah elan olunacaq, artıq İran liderləri Bəşər Əsədə təbrik məktubları göndərməyə başlayıblar və onun onun qələbəsini ABŞ-ın məğlubiyyəti adlandırıblar.

Xatırladaq ki, artıq üç ilə yaxındır bu ölkədə vətəndaş müharibəsi davam edir. Nəticədə 150 mindən çox insan ölüb, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler