» » Dələduzlara cinayət işi açıldı

Dələduzlara cinayət işi açıldı

Bölmə: BLOK XƏBƏR
Dələduzlara cinayət işi açıldı
Azərbaycanın baş prokuroru Zakir Qaralovun adından isifadə edərək dələduzluq edənlər barəsində cinayət işi açılıb.


Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O deyib ki, vətəndaş Səadət Məmişovanın müraciəti əsasında toplanmış material üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bu barədə müraciət müəllifinə rəsmi məlumat verilib.

Xatırladaq ki, özünü Zakir Qaralovun kirvəsi kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov S. Məmişovanı aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıblar və geri qaytarmayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler