» » Ərdoğan xanımı və kürəkəni ilə Amerikada -

Ərdoğan xanımı və kürəkəni ilə Amerikada - Məhəmməd Əli üçün...

Bölmə: BLOK XƏBƏR
Ərdoğan xanımı və kürəkəni ilə Amerikada -

Xəbər verdiyimiz kimi, iyunun 4-də tənəffüs yollarında yaranmış problemə görə vəfat edən boksçu Məhəmməd Əlinin ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində cənazə namazı qılınıb.

Xalqinfo.az bildirir ki “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Freedom Hall”da keçirilən mərasimə prezident Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan və kürəkəni, energetika naziri Berat Albayraqla qatılaraq namaz qılıb və dua edib.

74 yaşında dünyasını dəyişən əfsanəvi boksçunun cənazə namazını ABŞ-da müsəlman toplumunun öndərlərindən biri olan İmam Zaid Şakir qıldırıb.

Qeyd edək ki, məhəmməd Əli iyunun 10-da “Cave Hill” qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində ABŞ-ın eks prezidenti Bill Klinton da çıxış edəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler