» » DİN “ATV” əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama yaydı

DİN “ATV” əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama yaydı

Bölmə: BLOK XƏBƏR
DİN “ATV” əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi “ATV” telekanalının əməkdaşlarının Şamaxı rayonuna yerləşən restoranların birində döyülməsi barədə məlumat yayıb.

Xalqinfo.az bildirir ki “Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 4-də saat 19 radələrində “ATV” telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.

Bu zaman H.Allahverdiyev və E.Osmanov “ATV” telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler