» » İlham Əliyev Binəli Yıldırımı qarşıladı

İlham Əliyev Binəli Yıldırımı qarşıladı

Bölmə: BLOK XƏBƏR
İlham Əliyev Binəli Yıldırımı qarşıladı

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.

Xalqinfo.az “Qafqazinfo”-ya istinaden xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi rrezident İlham Əliyevə raport verib.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayıblar.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndiriləndən sonra İlham Əliyev və Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler