» » Toydan qayıdan ata ilə oğulun faciəsi -

Toydan qayıdan ata ilə oğulun faciəsi - Fotolar

Bölmə: BLOK XƏBƏR
Toydan qayıdan ata ilə oğulun faciəsi -
Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Xalqinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb.

1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi "Audi" markalı 50 CE 252 dövlət nömrə nişanlı avtomobil dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü və oğlu - 2009-cu il təvəllüdlü Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər.

Sürücünün həyat yoldaşı, 1985-ci il təvəllüdlü Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2012-ci il təvəllüdlü Elmir Nəcəfov ağır xəsarət alıb.

Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsisi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər və meyitlər avtomobildən çıxarılıb.

İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə və sürətlə idarə edib, nəticədə idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Toydan qayıdan ata ilə oğulun faciəsi -
Toydan qayıdan ata ilə oğulun faciəsi -
Toydan qayıdan ata ilə oğulun faciəsi -
Toydan qayıdan ata ilə oğulun faciəsi -
Toydan qayıdan ata ilə oğulun faciəsi -
Toydan qayıdan ata ilə oğulun faciəsi -
Toydan qayıdan ata ilə oğulun faciəsi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler