» » Qarabağ ABŞ-a daxil olur?

Qarabağ ABŞ-a daxil olur?

Bölmə: BLOK XƏBƏR
Qarabağ ABŞ-a daxil olur?
azaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən Gömrük İttifaqına girmək istəyən Ermənistan qarşısında BMT tərəfindən tanınmış sərhədlərlə bağlı şərt qoyulması ultra-millətçi erməniləri kəskin özündən çıxarıb.

ANS PRESS-in məlumatına görə, erməniləri narahat edən digər məsələ Rusiyanın Qazaxıstanın tələbinə laqeyd qalmasıdır. Onların fikrincə, Dağlıq Qarabağ Rusiyanın bu laqeydliyinə ən sərt addımlarla cavab verməlidir. Ultra-millətçilər Nazarbayevin tələbini susqunluqla qarşılamış Serj Sarkisyanı da kəskin tənqid atəşinə tuturlar.

Məsələn, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş erməni Eduard Enfiyacyan bu gün erməni mətbuatında yazıb: “Mənim bu adama yazığım gəlir, bir vaxt gurultulu şəkildə “QİÇS-in müalicəsini” tapdığını deyirdi, sonra özünü “Şuşanın xilaskarı və Ermənistanın prezidenti” elan elədi”.

Eduard Enfiyacyan Rusiyadan da yan keçməyib: “Əgər Krımın Rusiyanın tərkibinə daxil olmasına yol verilirsə, ola bilər ki, günlərin birində, pantürkistlərin əleyhinə olan bir gündə Dağlıq Qarabağ da ABŞ-ın hüquqi müstəvisinə daxil olar”, - deyə məyus erməni döyüşçüsü bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler