» » Nazirdən məzunlara təbrik-

Nazirdən məzunlara təbrik- statusu

Bölmə: BLOK XƏBƏR
Nazirdən məzunlara təbrik-
Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” münasibəti ilə bütün məzunları təbrik edib.


“Xalqinfo” xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində status yazıb .

“Əziz məzunlar! Bu gün siz illərlə öyrəndiyiniz məktəb həyatından, doğma müəllimlərinizdən ayrılırsınız. “Vətən”, “Dostluq”, “Müəllim” kimi sözlərin mənasını hər birimiz məktəbdə kəşf edirik. Deməli, hər bir yeni ayrılıq anından, növbəti hədəfə gedən yol başlayır. Məktəb bizi doğmalarımız, ailəmiz və bütövlükdə Vətənimiz üçün faydalı insan edir.

Əziz məzunlar! Biz sizə həm də peşəkar mütəxəssislər, gələcəyimizi quran, yurdumuzu sevən və qoruyan insanlar kimi baxırıq. Dövlətimizin möhkəm inkişaf təməli sizi, bizi və bütövlükdə hamımızı sabaha ümidli, gələcəyə inamlı edir. Bu nöqtədə bizi birləşdirən dəyər dövlətimizin gücü, insan inkişafına verdiyi önəm və sizin vətəndaşlıq, milli-mənəvi dəyərlərə olan sevginizdir. Siz yeni həyatın astanasında həmişə bu dəyərləri özünüzün gələcək yol xəritənizin əsas miqyas ölçüsü etməlisiniz.qafqazinfo

Əziz məzunlar! Bizi həyatda bir çox dəyərlər birləşdirir. Bunlar bizi həm də gələcəyə doğru aparır. Sizin həyatınızın yeni üfüqlər astanasında mükəmməl təhsil, peşəkar olmağı öyrənmək, yaradıcı düşüncə sahibi olmaq arzusu həm bizi ruhlandırır, həm də gələcək haqqında təsdiq formasında fikir yürütməyə imkan verir. Biz sabaha sizin addımlarınızla gedirik, sizin baxışlarınızla baxırıq.

Sizi “Son zəng” münasibətilə təbrik edir, yeni həyatda uğurlar arzulayıram.

P.S. Əziz dostlar, biz sizi bütün təhsil məkanlarında gözləyirik. Peşəkar olmağı öyrənmək istəyirsinizsə, bizim peşə təhsili müəssisələrimizdə, ali və ya orta ixtisas təhsili almaq istəyirsinizsə, müvafiq təhsil müəssisələrimizdə görüşənədək!”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler