» » Ramiz Mehdiyev və Fuad Ələsgərov general Patruşevlə görüşdə

Ramiz Mehdiyev və Fuad Ələsgərov general Patruşevlə görüşdə

Bölmə: BLOK XƏBƏR
Ramiz Mehdiyev və Fuad Ələsgərov general Patruşevlə görüşdə
Xalqinfo.az [/color]xəbər verdiyi kimi, Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərini kurasiya edən dünya dövlətlərinin nümayəndələrinin VII beynəlxalq görüşü keçirilir. Foruma dünyanın 70-dən çox ölkəsinin təmsilçiləri gəlib. Çeçenistan aşçısının və hökumətinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, tədbir iştirakçıları arasında Təhlükəsizlik şuralarının katibləri, nazirlər, prezident köməkçiləri və milli təhlükəsizlik üzrə nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri var.

Azərbaycanı konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil edirlər.

Rusiya Təhlükəsizlik Şurasının nümayəndə heyətinə katib Nikolay Patruşev başçılıq edir.

İki gün ərzində forum iştirakçıları ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, miqrasiya prosesləri, beynəlxalq informasiya təhlükəsizliyi sisteminin yaradılması məsələlərini müzakirə edəcəklər.

Təhlükəsizlik şuralarının nümayəndələrinin görüşləri çərçivəsində Nikolay Patruşev Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə də görüş keçirib.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm də Azərbaycan Təhlükəsizlik Şurasının katibidir.virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler