» » Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Bölmə: BLOK XƏBƏR
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edibTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Xalqinfo.az Oxu.Az-a istinadən dövlət başçısının məktubunu Təqdim edir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində ölkənizin dost xalqına ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.

Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim.

Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm”.





Kainat Şirin




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler