» » Bakıda fəhlələrin etiraz aksiyası və səbəbləri

Bakıda fəhlələrin etiraz aksiyası və səbəbləri

Bölmə: BLOK XƏBƏR
Bakıda fəhlələrin etiraz aksiyası və səbəbləri“Azimport” şirkətinin bir qrup əməkdaşı bu saatlarda şirkətin qarşısında etiraz aksiyası keçirir. Xalqinfo.az Anspress.com-a istinadən bildirir ki , bu barədə ANS PRESS-ə etirazçıların özləri məlumat veriblər. Bildirirlər ki, onlar uzun müddət şirkət üçün işləsələr də bir ildən artıqdır ki, maaşlarını ala bilmirlər.

“Biz “Azimport” şirkətinin işçiləri kimi uzun müddətdir müxtəlif binaların təmir işləri ilə məşğul idik. Daha çox yaşayış binalarının elektrik işləri, damınının və üzlüklərinin təmiri ilə məşğul olurduq. Uzun müddət işləsək də şirkət maaşlarımızı vermədi. Hazırda elə işçilər var ki, şirkətdən 3000 manat pul almalıdır. Ancaq bizi hər dəfə aldadırlar və bildirirlər ki, yaxın zamanlarda veriləcək. Şəxsən mən “Azimport” şirkətindən 800 manata qədər pul almalıyam. Ancaq bir ildən artıqdır ki vermirlər”, - deyə etirazçılardan biri - Rüfət Hacızadə bildirdi.


Cahangir Hacıyevin şirkətində maaş davası (FOTO)
Etirazçılar deyirlər ki, şirkətdə onları işlədən şəxs İanik adında bir məsul şəxsdir: “Biz bütün işləri İanikin əli ilə görürdük. Ancaq o, bizə pul məsələsinin onun səlahiyyətində olmadığını deyir. Hər dəfə biz toplaşanda deyirlər ki, gələn ay veriləcək. Ancaq vermirlər”.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da açıqlama vermək istəmədilər. İanik adlı şəxs isə bildirdi ki, həmin etirazçıları tanımır və heç kimə pul verməli deyil.

Bir müddət əvvəl Bakıda etiraz edən vətəndaşlar
Bir müddət əvvəl Bakıda etiraz edən vətəndaşlar
Bu, Bakıda işçilərin maaşlarını ala bilmədikləri üçün keçirdiyi ilk etiraz aksiyası deyil. Bir müddət əvvəl də paytaxtda uzun müddət maaş ala bilməyənlər etiraz aksiyası keçirmişdilər. Aksiya keçirənlər “Azərinşaatservis” MMC-nin işçiləri idilər. Daha sonra etirazçılar Dövlət Əmək müfəttişliyi tərəfindən qəbul edilmiş və məsələ uzun müddət davam edən narazılıqlardan sonra öz həllini tapmışdı. Fəhlələr adıçəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.





Kainat Şirin



Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler