» » APA erməni dilində xəbər xidmətinə

APA erməni dilində xəbər xidmətinə başlayıb

Bölmə: BLOK XƏBƏR
APA erməni dilində xəbər xidmətinəXalqinfo.az bildirir ki Agentlik bundan sonra erməni dilində də on-line xəbər yayımı ilə məşğul olacaq.

APA-nın erməni dilində xəbərləri ilə www.am.apa.az internet ünvanında tanış olmaq mümkündür.

Agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara çatdıracaq.

Qeyd edək ki, "APA Holding"ə daxil olan APA İnformasiya Agentliyi 2004-cü ildə yaradılıb. Agentlik indiyə qədər Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində xəbər xidməti göstərib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler