» » Deputat sevgisindən danışdı-

Deputat sevgisindən danışdı- “Ona düz 17 gül alıram”

Bölmə: BLOK XƏBƏR
Deputat sevgisindən danışdı-
“Bu gün yoldaşımla tanışlığımın və ona evlənmək təklif etməyimin 30 illiyidir”.


“Xalqinfo” AzVision.az-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə evliliyinin 30 illiyi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Deputat hər il mayın 27-də həyat yoldaşına 17 dənə gül aldığını deyir:

“27 may 1984-cü ildə bacımın müəlliməsi ilə ilk dəfə söhbət etdik və ona " anamı sizə göndərmək istəyirəm" dedim. Düz 29 ildir bü günü xüsusi qeyd edirik, iki övladımız bu günün təfərrüatlarını incəliyinə qədər bilirlər. Düz 29 ildir hər 27 may günündə ona gül alıram, düz 17 dənə.

Niyə 17 dənə aldığımı bilmirəm, amma düz 17 dənə gül alıram. Düz 29 ildir hər 27 may günündə yoldaşım aldığım güllərə sevinclə baxandan sonra onları sayır. Gülləri niyə saydığını bilmir, amma sayır”-deyə A.Mirzəzadə qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler