» » Şeyx İranda da nümayəndəlik açır

Şeyx İranda da nümayəndəlik açır

Bölmə: BLOK XƏBƏR
Şeyx İranda da nümayəndəlik açır
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İranda fəaliyyət göstərmək üçün nümayəndəlik yaradır.


QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini Şamil Rəsulov QMİ-nin İranda nümayəndəsi təyin olunub.

QMİ-nin İran nümayəndəliyinin Qum şəhərində açılması planlaşdırılır və ofis yeri müəyyənləşdirilir. Nümayəndəlik yaranması ilə bağlı sənədləşmə işləri aparır və təşkilati işlər başa çatandan sonra fəaliyyətə başlaması gözlənilir.

“Xalqinfo” xəbər verir ki,QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Turan-a bildirib ki, nümayəndəliklərin açılması dövlət başçısının 2011-ci il iyul fərmanı ilə bağlıdır. Belə ki, xaricdə yaşayan azərbaycanlıların dini tələbatlarını ödəmək üçün QMİ-yə dini nümayəndəliklər açmaq hüququ tanınıb.

Bu mənada QMİ-nin Gürcüstanda, Rusiyanın Moskva və Dərbənd şəhərlərində, Türkiyədə artıq nümayəndəlikləri fəaliyyətdədir.

Qeyd olunub ki, artıq QMİ Səudiyyə Ərəbistanında nümayəndəliyini açmaq üzərində iş apaırır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler