» » Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək -

Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək - Şok iddia

Bölmə: BLOK XƏBƏR
Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək -
Qarabağda 4 günlük müharibədən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi və Xankəndində müşavirə keçirməsi erməni mətbuatında geniş müzakirə edilir.

"Xalqinfo"
anspress-ə istinadən xəbər verir ki, “Joxovurd” qəzeti yazır ki, Sarkisyanın Qarabağa təcili səfərinin məqsədi burada hərbçiləri mükafatlandırmaq və ya təmas xəttində yerləşən mövqelərə baxış keçirmək deyildi.

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gizli və sürətli proseslərin getdiyini yazan qəzet onu da vurğulayır ki, Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək.

Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllini birbaşa öz nəzarətinə götürməsi barədə xəbərlərin yayıldığını qeyd edən qəzet yazır ki, yaxın günlərdə Qarabağ məsələsi üzrə aktiv danışıqlar başlanacaq:

"Sarkisyan Dağlıq Qarabağa məhz buna görə səfər edib və torpaqların qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Serj bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir".

Qəzet məsələ ilə bağlı Ermənistan prezidentinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, Sarkisyanın Qarabağa səfərinin danışıqlarla əlaqəsi yoxdur.

Ermənilərin 1in.am saytı isə yazır ki, əgər Sarkisyanın Qarabağ səfərinin danışıqlarla əlaqəsi yoxdursa, niyə səfərin detalları barədə ətraflı məlumat verilmədi. Səfərin bütün detalları hərbi və siyasi gizliliklə saxlanılır. Qarabağda 4 günlük müharibədən sonra Rusiyanın fəallaşması Sarkisyanı güzəştə getməyə məcbur edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler