» » Təhsil işçiləri cəzalandırılacaq


Təhsil işçiləri cəzalandırılacaq

Bölmə: BLOK XƏBƏR
Təhsil işçiləri cəzalandırılacaq
"XALQİNFO" Xəbər verir ki, Azərbaycanda 2013-2014-cü dərs ili üzrə məktəblilərin fənn olimpiadalarının keçirilməsində qeyri-obyektivliyə yol vermiş təhsil işçiləri barəsində intizam tənbehi tədbirləri görüləcək.

ANS PRESS xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun "2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə" imzaladığı əmrdə qeyd edilir ki, aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edib.

Şirvan şəhəri, Sabirabad, Xaçmaz, Daşkəsən, Ağdam, Zəngilan, Ucar, Lerik, Qazax, Yardımlı, Qobustan, Salyan, Tovuz, Goranboy, Quba, Yevlax, Siyəzən, Cəlilabad, Şəmkir, Balakən və Ağdaşda bir sıra şagirdlərin rayon mərhələsi nəticələri ilə yekun mərhələdə göstərdikləri nəticələr arasında fərqlər olub. Bu faktı nəzərə alaraq, adı çəkilən rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq araşdırmanın aparılması və ayrı-ayrı fənlər üzrə qeyri-obyektivliyə yol vermiş münsiflər heyətinin üzvləri barədə qanunvericiliyə uyğun qaydada intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.

Bununla yanaşı, Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Şamaxı, Astara, Biləsuvar, Şəki, Ağcabədi, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonları üzrə iştirakçıların yekun mərhələdə çox aşağı bal toplayıb. Bu fakt müvafiq yerli təhsili idarəetmə orqanlarının olimpiadaların təşkili və keçirilməsinə məsuliyyətsiz münasibət göstərmələri, şəffaflıq və obyektivliyi təmin edə bilməmələri, istedadlı şagirdlərin seçilməsinə səhlənkar və laqeyd yanaşmaları, bu vacib məsələdə məqsədli olaraq himayəetmə hallarına yol vermələri kimi qiymətləndirilib. Adları çəkilən rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə olimpiadaların II mərhələsində yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və nəticələri üzrə müvafiq intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.

Təhsil Nazirliyi aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edib. Bu hallar Təhsil Nazirliyi tərəfindən rayon mərhələsində istedadlı şagirdlərin seçimi zamanı obyektivliyin ciddi şəkildə pozulması, respublika turu iştirakçılarının seçimində laqeydlik və səhlənkarlığa yol verilməsi kimi qiymətləndirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler