» » Azərbaycanlı iş adamı niyə tutuldu? -

Azərbaycanlı iş adamı niyə tutuldu? - Ortağının etirafları

Bölmə: BLOK XƏBƏR
Azərbaycanlı iş adamı niyə tutuldu? -
ABŞ-da həbs edilən, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın ortağı Babək Zəncani edamından öncə qalmaqallı etiraf edib.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Zəncani Türkiyədə payladığı rüşvətin miqdarını açıqlayıb. Məlumata görə, o, məhkəmədəki müdafiəsində 8,5 milyard dollar rüşvət verdiyini və iş adamı Rza Zərrabın Mayamidə həbs olunmasının bu məsələ ilə əlaqəli olduğu deyib.

O, iclaslarda və iddianamədə Türkiyənin adını tez-tez hallandırıb, Rza Zərrabdan isə Türkiyədəki əsas qolu kimi bəhs edib. Rüşvət verdiyini qəbul edən Zəncani İranın neft pullarını Türkiyədəki ortağı Rza Zərraba verdiyini dilə gətirib. Daha sonra isə 3 türk nazirin adını çəkərək onlara şəxsən nə qədər pul verdiyini açıqlayıb. Səslənən iddiada bəhs edilən rəqəmlərin isə 137 milyon TL (türk lirəsi) olduğu deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler