» » “Hətta deyirlər ki, Füzulinin pendir zavoduna qədər gedib çıxmışıq”

“Hətta deyirlər ki, Füzulinin pendir zavoduna qədər gedib çıxmışıq”

Bölmə: BLOK XƏBƏR
“Hətta deyirlər ki, Füzulinin pendir zavoduna qədər gedib çıxmışıq”

“Cəbhə bölgəsində sakitçilik hökm sürür və insanların ümumi əhval-ruhiyyəsi yüksəkdir.”

Xalqinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev məlumat verib. O, bildirib ki, sabitlik bərpa olunub, yerli sakinlərdə və hətta güllə yarası almış mülki əhalidə pozitivlik müşahidə olunur.

“Cəbhə bölgəsində sakitçilikdir. Şəhər öz sakit həyatını yaşayır. Sabitlikdir. Hətta atışma səsi, partlayış səsi gəlmir. Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb. Burda şayiələrin də xarakteri fərqlidir. 1991 – 92-ci illərdəki şayiələrdə belə idi ki, adamlar bir-birlərinə danışırdılar ki, filan kənd boşaldıldı, filan rayon boşaldıldı. Amma indiki şayiələridə çox böyük bir pozitivlik var. Adamlar arasında gəzən söz-söhbətə görə artıq müxtəli rayonlar bizdədir, müxtəlif yüksəkliklər bizdədir. Hətta bəzən söhbəti ona qədər gətirib çıxarırlar ki, Füzulinin yağ-pendir zavoduna qədər gedib çıxmışıq. Bu isə ondan xəbər verir ki, yerli əhali pozitiv köklənib, insanlar çox pozitiv köklənib. Əhval-ruhiyyə də çox yüksəkdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler