» » “Kişi kişi ilə söhbət edər, bacımın adını çəkməyi…”

“Kişi kişi ilə söhbət edər, bacımın adını çəkməyi…”

Bölmə: BLOK XƏBƏR
“Kişi kişi ilə söhbət edər, bacımın adını çəkməyi…”

“Kişi kişi ilə söhbət edər. Bu işdə olmayan bacım Gülərin adının çəkilməsi qəbuledilməzdir. Qadının adının hallanması yaxşı hal deyil. Samirin keçmiş həyat yoldaşı şahid idi, üzləşmədə gəlmədi. Biz də heç tələb etmədik ki, o gəlsin. Sən deyirsən ki guya ki, pulu mənə vermisən mənlə danış”.

Xalqinfo”nun məlumatına görə, bu barədə ans press-ə açıqlamasında məşhur şoumen Kamran Həsənli bildirib.

Kamran Həsənli müğənni Samir Piriyev haqqında hüquq-mühafizə orqanlarına şikayət etdiyini qeyd edib. Şikayətin səbəbi isə S. Piriyevin ondan icazəsiz səsini yazması və bu səs yazısını kütləvi informasiya vasitələrində yayması olub:

“Qanunvericiliyə görə, kiminsə səsini icazəsiz yazmaq və onu ictimailəşdirmək cinayətdir. Səsi yalnız istisna hallarda, müəyyən qurumlar yaza bilər. Samir Piriyev belə bir qanuna zidd əməl törədib və onun bu əməlində cinayət tərkibi var. Hüquq-mühafizə orqanlarına şikayət etmişik”.

Qeyd edək ki, Samir Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu “Samir Piriyev 115 min dolları 50% Kamrana inanıb veribsə, 50% bacısı Gülər Həsənliyə görə verib. Gülər xanım Türkiyədə yaşayıb, işlədiyi üçün o qədər pul Kamran Həsənliyə verilib”, deyə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler