Somalidə terror - Ölənlərin arasında azərbaycanlı da var

Bölmə: BLOK XƏBƏR
Somalidə terror -

Somalinin paytaxtı Moqadusidə məktəb avtobusuna qarşı terror aksiyası keçirilib.

“Xalqinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub. Bunlardan 1-i Azərbaycan, 1-i Türkiyə və 1-i Somali vətəndaşı olub. Yaralıların da olduğu bildirilir. Həlak olanlar tələbə olublar.

Türkiyə XİN bu hücumu qınayıb: "Bu terror aktını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk."

***

Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib: "Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib".

H.Hacıyev deyib ki, Azərbaycanın Ankaradakı səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır: "Biz də həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk".qafqazinfo.az
Somalidə terror -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler