» » İranlı aktrisa prezidenti öpdüyünə görə üzr istədi

İranlı aktrisa prezidenti öpdüyünə görə üzr istədi Foto

Bölmə: BLOK XƏBƏR
İranlı aktrisa prezidenti öpdüyünə görə üzr istədi
İranlı aktrisa Leyla Hatəmi Kann kinofestivalının prezidenti Jil Jakobu öpdüyü üçün üzr istəyib.


Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, İran KİV onun üzrxahlıqla bağlı müraciətini yayıb. Aktrisa bildirib ki, belə tədbirlərin təşkilatçılarına islam qaydaları ilə bağlı məhdudiyyətlər haqda öncədən danışır.

“Bu festivalda sonuncu dəfə iştirak edəcək, yaşı 90-ı haqlamış Jil Jakobla bağlı olaya gəldikdə isə deməliyəm ki, görünür, o, danışdıqlarımı unudub. Onun yaşı üçün bunu da normal saymaq olar.

Hətta mənim əl görüşməklə bağlı xəbərdarlığım belə işə yaramadı. O, mənim babam yaşındadır. Bir də mən orada qonaq idim” -deyə, Leyla yazıb.

Aktrisa həmin görüşdə çıxılmaz vəziyyətdə olduğunu, bu məsələyə görə açıqlama verdiyi üçün isə “utandığını” da vurğulayıb.

Xatırladaq ki, İran rəsmilər onun bu hərəkətindən hiddətləndiyini bildirmiş, bəziləri onun şallaqlanmasını istəmişdi.

Leyla Hatəminin baş rolu oynadığı “Nadir və Siminin boşanması” filmi 2011-ci ildə Berlin kinofestivalının baş və “Oskar”-ın “əcnəbi dildə ən yaxşı film” mükafatlarına layiq görülüb. Ölkəsindən kənarda o, bu rolu ilə tanınır.

İranlı aktrisa prezidenti öpdüyünə görə üzr istədi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler