» » Diplomat qapıları açmalıdır

Diplomat qapıları açmalıdır

Bölmə: BLOK XƏBƏR
Diplomat qapıları açmalıdır
"Morninqstarın Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb"

Xalqinfo-nun məlumatına görə, bunu "Azərtac"a müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstarın son müsahibəsinə münasibət açıqlayarkən deyib.

PA rəhbəri vurğulayıb ki, diplomatların vəzifəsi qapıları açmaqdır, gedərkən onları çırpmaq deyil. R. Mehdiyev səfir Morninqstarın Azərbaycan prezidenti İlham Əliyevi 19 ildir tanıdığı barədə fikirlərini də xatırladıb:

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyir ki, "Görünür, bu müddət ərzində səfir bir həqiqəti dərk etməyib ki, Azərbaycanın lideri yüksək ton, təhdid və şantajı qəbul etmir. Əks halda, səfir Azərbaycandakı vəziyyətlə bağlı qeyri-korrekt fikirləri səsləndirməyi özünə rəva bilməzdi. Düşünmürəm ki, ABŞ çox danışan səfirin məsuliyyətsiz bəyanatlarına görə, Avropanın enerji təhlükəsizliyinin bağlı olduğu Azərbaycanla münasibətləri korlayacaq. Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan verməyəcək. Morninqstara gəldikdə isə, mənim fikrimcə, onun Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb''.

Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycanın bütün siyasəti müstəqiliyin möhkəmləndirilməsi və qorunmasına yönəldilib.

Politoloq Fikrət Sadıqov deyir ki, bu müsahibə bir daha subut edir ki, Azərbaycanla təzyiq tonunda danışmaq olmaz.

Politoloq qeyd edir ki, "Biz artıq böyük regionun böyük oyunçusuyuq, bizə dərs vermək, öyrətmək nəyə bədbin proqnoz vermək Morninqstar kimi səviyəli səfirə yaraşmaz, istər nəhəng dövlət olsun, bizi öyrətməyə, dərs verməyə ehtiyac yoxdur".

ABŞ səfirliyi isə məsələ ilə bağlı məlumat yayıb. Məlumatda hamının öz fikrini ifadə etmək hüququnun olduğu vurğulanır.

Xatırladaq ki, ABŞ səfiri Riçard Morninqstar "Azadlıq radiosu"na müsahibəsində hakimiyyətin bir sıra addımlar atmayacağı halda gələcəkdə Azərbaycanda etiraz aksiyalarının keçirilə biləcəyini istisna etməmişdi. Həmin qalmaqallı müsahibənin tam mətni ABŞ səfirliyinin saytında da dərc olunub. Səfirin "Azadlıq radiostansiyası"nda səsləndirdiyi fikirlər Azərbaycan rəsmilərinin kəskin etirazına səbəb olmuşdu. ABŞ səfiri isə dünən, Ramiz Mehdiyevin müsahibəsi dərc edilməzdən əvvəl verdiyi müsahibədə yenidən bu məsələyə qayıtmışdı.

ABŞ səfirliyindən ANS-ə verilən məlumata görə, Riçard Morninqstarın Birləşmiş Ştatların Azərbaycanda səfiri kimi səlahiyyət müddəti rəsmi olaraq plan üzrə yayın sonunda başa çatır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler