» » Aynar Məmmədov kef məclisində-

Aynar Məmmədov kef məclisində- Şok video (18+)

Bölmə: BLOK XƏBƏR
Aynar Məmmədov kef məclisində-
"Qardaşım kayfdadır, hoqqa çıxartmaq istəyir"


Deputat Elton Məmmədovun oğlu, Milli Məclisin əməkdaşı Aynar Məmmədovun əks olunduğu bir video Musavat.com-un redaksiyasına göndərilib. “XALQINFO” xəbər verir ki, həmin videonun 10-19-cü saniyələrində meyxanaçılara ən yaxın masada oturan Aynar Məmmədov və onun dostları görüntülənirlər.

"Ziyalılar"ın "kayfda" olduğu ilk baxışdan görünür. Meyxanaçılar da, həmin masanın sifarişi ilə "Qardaşım kayfdadır, hoqqa çıxartmaq istəyir", nəqaratı ilə deyişməyə başlayırlar.

Videoda söyüşlər olduğu üçün, +18 işarəsi qoyulub. Amma Elton Məmmədovun da dediyi kimi, bu söyüşlər "ziyalı" söyüşləri olduğu üçün, üstündən keçmək də olar.

Əslində Aynar Məmmədova və onun Fərahim İlqaroğluna qarşı sui-qəsdinə həsr olunan başqa bir video var. Və biz həmin videonun anonsunu verdik, sabah da özünü verəcəyik.

Video "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu döyən dəstənin hadisə yerindən ayrılandan sonra getdikləri hərəkət trayektoriyasını əks etdirir və Feyruz Termişinin tək olmadığını sübut edir.

Bu, əsil sensasiyadır - Aynar Məmmədovun adamları qrup halında jurnalistə sui-qəsd planlayıblar və onu həyata keçirdikdən sonra birgə qaçıblar. Ətrafdakı obyektlərdə quraşdırılmış müxtəlif videokameralardan yığılmış həmin rolik cinayətə və onun istintaqına ciddi aydınlıq gətirəcək mötəbər sübutdur. Musavat.com iddia edir bu görüntülər istintaqda da var.

Həmin video-lent sabah səhərə yaxın yayınlanacaq, hələliksdə oxucularımız ziyalı Elton Məmmədovun ziyalı oğlu Aynar Məmmədovun "kayf" və musiqi zövqü ilə tanış olsunlar.

Qeyd: Xəbər və video sayta qoyulandan sonra Məmmədovlar klanı onu you-tubedən sildirməyə nail oldular. Lakin video musavat.com-un öz videoarxivində də olduğu üçün yenidən bərpa olunub. qafqazinfo


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler