» » Humanitar Kollec inkişafa doğru...

Humanitar Kollec inkişafa doğru...

Bölmə: BLOK XƏBƏR
Humanitar Kollec inkişafa doğru...

Xalqinfo milli və mənəvi tərbiyənin əhəmiyyətini dərk edərək təhsil müəssisələrinə baş çəkir...

Xalqinfo.az xəbər portalının əməkdaşı Bakı Humanitar Kollecin direktoru İlqar Mahmudovla görüşüb.
Xalqinfo yeni nəslin milli və mənəvi ruhda böyüməsi üçün təhsil müəssisələrində yaradılan şəraitlə yaxından tanış olur. Gənclərimizin hərtərəfli böyüməsində təhsil ocaqlarının payı da az deyil. Daima öz yenilikləri və peşəkar kadrların hazırlığı istiqamətində uğurlu fəaliyyəti ilə seçilən Bakı Humanitar Kollecinə baş çəkdik. Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudovla həmsöhbət olduq. İlqar müəllim bildirdi ki, burada tələbələrin milli və mənəvi cəhətdən hərtərəfli böyümələri üçün bütün şərait yaradılır. Kollecdə olan bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir.

İlqar müəllim, son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?
Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər.
Sonra İlqar müəllim kollecin yaranma tarixindən və cəmiyyətimizə verdiyi töhvələrdən bəhs etdi.
Bakı Humanitar Kolleci Azərbaycan Xalq Komissarları Sovetinin 5 mart 1938-ci il tarixli qərarı ilə yaradılıb, fəaliyyətə isə 1938-ci ilin sentyabr ayında Bakı şəhər sovetinin kitabxanaçılıq məktəbi adı ilə başlamışdır. Fəaliyyət göstərdiyi dövrdə onun adı bir neçə dəfə dəyişsə də, uzun illər profili dəyişməmişdir.
Kollec bu dövrlər ərzindən bu günə gədər müxtəlif adlarla fəaliyyətini davam etdirmişdir. Belə ki, 1940-cı ildə Bakı Siyasi Maarif məktəbi, 1948-cı ildə Bakı Kitabxanaçılıq Texnikumu, 1980- ci ildə N.K.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumu, 1991-ci ildə Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumu, 2000– 2001-ci tədris ilindən isə Bakı Mədəni-Maarif Texnikumu adlandırılmışdır. Texnikum 1972/1973- cü tədris ilindən 8-ci mkr Heydər Hüseynov 19 ünvanında yerləşən tədris binasında fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 №-li qərarına əsasən 16 iyun 2010-cu il tarixindən Bakı Mədəni-Maarif Texnikumu - Bakı Humanitar Kolleci adlandırılmışdır.
Kollecin məzunları həmişə respublikamızda və onun hüdudlarından kənarda öz ad-sanları ilə tədris müəssisəsinin adını yüksək tutmuşlar.Məzunların sırasında Yasif Nəsirli, xalq artistlərindən Arif Quliyev,Laləzar Mustafayeva, əməkdar artistlərdən Ağalar Bayramov , Elşad Cabbarovu və.b göstərmək olar.
1938/2010-ci illərdə kollec respublikanın mədəni-maarif və təhsil müəssisələri üçün 20 minə yaxın ixtisaslı kadr hazırlamışdır. Hazırda kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır.

1. Texnologiya müəllimliyi
2. Kitabxana – informasiya təminatı
3. Muzey işi və abidələrin mühafizəsi
4. İnstrumental ifaçılıq ( alətlər üzrə) (əyani, qiyabi)
5. Musiqi nəzəriyyəsi (əyani, qiyabi)
6. Xalq çalğı alətləri ifaçılığı ( alətlər üzrə) (əyani, qiyabi)
7. Ailə və ev təhsili
8. Məktəbəqədər təlim və tərbiyə
9. Musiqi müəllimliyi
10. Təsviri incəsənət müəllimliyi
11. Xanəndəlik
12. Dekorativ tətbiqi incəsənət və xalq sənəti
13. Bədii yaradıcılıq işi
14. İbtidai təhsil
Hal – hazırda kollecdə ayrı-ayrı ixtisaslarda - əyani və qiyabi təhsil üzrə 1538 nəfər
tələbə təhsil alır.Onların təlim tərbiyəsi ilə 130 nəfər müəllim məşğul olur.
Müxtəlif illərdə kollecin direktoru vəzifəsini Əli Ələsgərov (1938-42),Əlihüseyn Qəhrəmanov (1943-48), Hüseyn Allahverdiyev (1951-54), Emin Allahverdiyev(1954-56), Qurban Məmmədov (1956-62) ,Cəvahir Orucova (1962-70), İbrahim Dadaşov(1970-73),Aydin Xəlilov(1973-80), Oktay Haciyev (1980-88), Mais Salmanov (1988-91), Əkrəm Vəlibəyov (1989-90), Ələddin Həsənov (1992),Mikayıl Mirzəyev (1992-95), Tofiq Məmmədov (1996-2003), İlqar Mahmudov (2003-cü ildən) icra etmişlər.
Kollecə ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır.
Bakı Humanitar Kollecinin pedoqoji kollektivi təhsil islahatından və təhsil qanunundan irəli gələn və dünya təhsilinə inteqrasiyanı önəmli sayaraq yeni təhsil texnologiyalarının tətbiqi yeni təlim üsulları ilə kadr hazırlığını və kollecin inkişaf perspektivini qarşıya əsas meyar kimi qoymuşdur.
Sonda Xalqinfo olaraq, tələbələrə tövsiyyəmiz! internetdən səmərəli istifadə edin və daha çox əsərlər oxuyun. Oxuyun ki, kamil və aqil insanlar olasınız. Mütailə edin ki, savadınızla başqalarına örnək olasınız. Unutmayın milli və mənəvi tərbiyəyə aparan yol kitabdan keçir. Çalışın rəfiniz kitabla dolu olsun!


Zamin Zeynal Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler