» » Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı –

Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı – AÇIQLAMA

Bölmə: BLOK XƏBƏR
Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı –

Araşdırma aparılır.

Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətəuyğun olmayan məlumat yayıb.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub:

“Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb”.

Faktla bağlı araşdırma aparılır.

Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı –
Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı –
Gömrük Komitəsindən sərhəddə saxlanılan tutuquşularla bağlı –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler