» » Siyavuş Novruzov təltif edildi - Ad günüdür

Siyavuş Novruzov təltif edildi - Ad günüdür

Bölmə: BLOK XƏBƏR, MANŞET
Siyavuş Novruzov təltif edildi - Ad günüdür

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi ilə əlaqədar olaraq Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində təntənəli yubiley tədbiri keçirilib.

“Xalqinfo”nun Trend-ə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin rəsmilərinin, nazir müavinlərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və vətənpərvər ictimai təkilat rəhbərlərinə “Fədai” medalları təqdim olunub.

Təltif edilənlər arasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov da olub.

Qeyd edək ki, bu gün S.Novruzovun doğum günüdür. Millət vəkili 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler