» » Vyetnamlılar "Tələbə" mahnısını oxudular

Vyetnamlılar "Tələbə" mahnısını oxudular

Bölmə: BLOK XƏBƏR, MANŞET
Vyetnamlılar "Tələbə" mahnısını oxudular
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə kadrların hazırlanmasına görə Vyetnam prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

X.Yusifzadə Vyetnamda səfərdə olan prezidenti İlham Əliyev ilə Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşüb. O, 69 vyetnamlı mütəxəssis hazırladığını bildirib. "Son zamanlar yataqların yeri barədə danışıqlarla bağlı mənim yanıma gələnlərə deyirəm: gözləyin, burada mənim qeyd dəftərim var, baxım görüm, soyadınız, adınız necədir, sizə hansı qiyməti vermişəm. Əgər beşdirsə, danışıqlar aparmaq olar. Mən bu gün onları burada görəndə fəxr etdim ki, Vyetnam üçün nə isə etmişəm.

O, vyetnamlı mütəxəssisləri Muradxanlı yatağı barədə məlumatlıdırıblar. "Bu, çox mürəkkəb yataqdır. Vyetnam mütəxəssisləri bizimlə birgə orada işləmək istəyirlər. Məlumatlandırdım ki, bu, elə də asan iş deyil, öhdəsindən gələ biləcəksiniz, ya yox? Onlar Mezazoy qatında çox işlədiklərinə görə bunun öhdəsindən gələ biləcəklərinə əmin idilər. Amma məncə bu, heç də belə deyildir. İqtisadi baxımdan bu, əlverişli deyildir. Amma danışıqlar hələ davam edir. Düşünürəm ki, gələcəkdə Muradxanlıda deyil, hansısa digər yataqlarda vyetnamlı mütəxəssislərlə birgə çalışa bilərik.
Nə deyə bilərəm?! İlk növbədə, Azərbaycan Prezidentinə məni nümayəndə heyətinin tərkibinə daxil etdiyi üçün minnətdarlığımı bildirirəm. Bu, məni çox təsirləndirdi ki, dostlarımla bir daha görüşüb, söhbət edəcəyəm. Vyetnam Prezidentinə məni “Dostluq” ordeni ilə təltif etdiyi üçün minnətdaram. Düşünürəm ki, “Dostluq” ordeni yalnız Xoşbəxt Yusifzadənin deyil, Azərbaycan neftçiləri və alimlərinin xidmətinə verilən mükafatdır".
Görüşün sonunda məzunlardan bir qrupu Azərbaycan dilində “Tələbə” mahnısını ifa ediblər.
Vyetnamlılar "Tələbə" mahnısını oxudular
Vyetnamlılar "Tələbə" mahnısını oxudular
Vyetnamlılar "Tələbə" mahnısını oxudular

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler