» » Müəllimlər and içəcəklər-

Müəllimlər and içəcəklər- Əmr

Bölmə: BLOK XƏBƏR
Müəllimlər and içəcəklər-
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərlə bağlı daha bir əmr imzalayıb. "XALQİNFO" xəbər verir ki, nazirin mayın 20-də imzaladığı əmrlə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət növündən asılı olmayaraq bütün təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etməlidirlər.
Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkan "Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müəllim adını və şərəfini uca tutacagıma and icirəm" deyərək and içəcək. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayragı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçiriləcək.

Müəllimlərin etik davranış qaydaları ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler