» » Vaqonların yoxa çıxmasına aydınlıq

Vaqonların yoxa çıxmasına aydınlıq

Bölmə: BLOK XƏBƏR
Vaqonların yoxa çıxmasına aydınlıq
XALQINFO.AZ Xəbər portalı xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” QSC-dən minlərlə vaqonun yoxa çıxması barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlarla münasibət bildirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əziməmmədov ANS PRESS-ə açıqlamasında, yayılan məlumatların səhv olduğunu söyləyib.

“Azərbaycan Dövlət Dəmir Yolu Dövlət Proqramı çərçivəsində bir çox işlər həyata keçirir. Yollar təmir edilir, yeni vaqonlar alınır, yaxın zamanda yeni zavodların tikintisinə başlanacaq. Belə yazı yazmaqla kimisə gözdən salmaq istəyirlər. Amma onlar özlərini gözdən salırlar. Daşımalarla əlaqədar göstərilən rəqəmlərin heç bir düzgün deyil. Vaqonlar sovetlər birliyindən qalan vaqonlardı. Vaqonların da müddəti var. Bəzi vaqonlar var ki istismar müddətlərini baş vurub. Təmirə ehtiyacı olan vaqonları biz artıq təmirə göndərmişik. 76 vaqon Rusiyada və Ukraynada təmir olunaraq artıq ölkəyə gətirilib. Digər vaqonlar da təmir olub və ölkəyə gətirilir. Orada göstərilən göstəricilər yalnışdır və onların mənbəyi də məlum deyil”.- deyə, Əzməmmədov açıqlamasında bildirib.

Qeyd edək ki, iqtisadçı-ekspert Nemət Əliyev sosial şəbəkədə paylaşdığı məlumatlar kütləvi informasiya vasitlərində yayılıb. Məlumatlarda dəmir yollarında daşımların faizinin aşağı düşməsi, yük və sərnişin vaqonlarının sayının azalmasından bəhs olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler