» » Mirqafar Seyidov nazirə hesabat verdi

Mirqafar Seyidov nazirə hesabat verdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Mirqafar Seyidov nazirə hesabat verdi

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Xalqinfo”ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

M.Seyidov bildirib ki, ötən il bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 55.835 protokol tərtib olunub, 627 münaqişəli ailə profilaktiki uçota götürülüb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 475 müraciətin icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 62.625 nəfərə şəxsiyyət vəsiqəsi verilib.

Məruzəçi deyib ki, hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 17.926 ərizə və müraciət daxil olub, 2.238 vətəndaş qəbul edilib. Müraciətlərin 1.744-ü nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən ilk Avropa Oyunları dövründə və Milli Məclisə seçkilərlə bağlı asayişin mühafizəsi üzrə bütün zəruri tədbirlər görülüb.

Baş İdarənin rəisi, eyni zamanda buraxılmış nöqsanlar, xüsusən əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən cinayətlərin qarşısının alınması, ilkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi və digər problemlərə də toxunub, bu istiqamətdə qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2015-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib. R.Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən profilaktik işin xüsusilə güсləndirilməsini, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərmələrini, həmçinin fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler