» » Bacı qardaşını yandırdı

Bacı qardaşını yandırdı

Bölmə: BLOK XƏBƏR
Bacı qardaşını yandırdı
Kürdəmir şəhərində bacı qardaşını yandırıb.

ANS PRESS-in məlumatına görə, hadisə gunorta saatlarinda Kürdəmirin Cənub məhəlləsində baş verib.

Kürdəmir rayon Prokurorluğundan verilən məlumata görə, 4 yaşlı Şərəf Məmmədova həyətdə 3 yaşlı qardaşı Radim Məmmədovla birgə oynayarkən əlindəki alışqanla onun paltarını yandırıb.

Köməksiz vəziyyətdə qalan Radim Məmmədov yanıb. Qışqırıq səsini eşidən uşağın anası azyaslını götürərək həyətdən keçən su arxına salaraq yanğını söndürüb.

Daha sonra Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılan Radim Məmmədovun bədəni 100 faiz yandığı üçün vəziyyəti getdikcə pisləşib və uşaq təcili olaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Həkimlərin səyinə baxmayaraq azyaşlı aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler