» » “Adamı vəzifədən çıxanda unutmazlar” –

“Adamı vəzifədən çıxanda unutmazlar” – Vəzifədə olan

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Adamı vəzifədən çıxanda unutmazlar” –
“Belə olmaz. Vəzifə müvəqqəti, insanlıq daimidir. Bu insanlar müəyyən dövrdə çalışıblar, heç kəsi yaddan çıxarmaq olmaz”


“Mən tədbir başlayanda Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovdan soruşdum ki, rayonun əvvəlki icra başçısı tədbirə dəvət olunubmu? Dedi ki, yox. Mən bunu qüsur sayıram”.

“Xalqinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Laçın rayonunun işğalının 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Məcburi İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Ə.Həsənov deyib ki, insan vəzifədən çıxanda yaddan çıxır: “Belə olmaz. Vəzifə müvəqqəti, insanlıq daimidir. Bu insanlar müəyyən dövrdə çalışıblar, heç kəsi yaddan çıxarmaq olmaz. Belə tədbirlərə əvvəllər çalışmış insanlar dəvət etmək lazımdır ki, onlar özlərini pis hesab etməsinlər. Bizim üçün vəzifə məgər daimidir? Bu elementi daim nəzərə almalıyıq. Bu, ölkədəki qüsurdur, aradan qaldırmalıyıq”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler