» » Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi öldü

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi öldü

Bölmə: BLOK XƏBƏR
Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi öldü
Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun dünyasını dəyişib.

virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin 58 yaşlı general-polkovnikin ölümü ilə bağlı mərhumun qohumlarına və yaxınlarına başsağlığı verib.

İqor Serqun Suvorov adına Moskva Hərbi Məktəbini, RSFSR Ali Soveti adına Moskva Ali Hərbi Komandanlıq Məktəbini, Sovet ordusunun Hərbi Akademiyasını, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdi və hərbi elmlər namizədi idi.

İ. Serqun 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini təyin olunmuşdur. O, 21 fevral 2015-ci ildə general-polkovnik rütbəsi almışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler