» » Bakıda 2016-cı ilin ilk körpəsi

Bakıda 2016-cı ilin ilk körpəsi

Bölmə: BLOK XƏBƏR
Bakıda 2016-cı ilin ilk körpəsi
Bakıda 2016-cı ilin ilk uşağı paytaxtın Nizami rayonu 7 saylı doğum evində dünyaya gəlib.

“Xalqinfo”nun ans press-ə istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü Səidə Qəmbərova qız uşağı dünyaya gətirib. O, Qəmbərovlar ailəsinin ikinci övladıdır.

Gecə saat 01:15-də dünyaya gələn körpənin çəkisi 3.5 kq, boyu 53 sm-dir. Övladını təbii yolla dünyaya gətirən ananın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.

Bakıda 2016-cı ilin ikinci uşağı paytaxtın Suraxanı rayonu 3 N-li doğum evində dünyaya gəlib. 25 yaşlı Gülmin Cəfərovanın dünyaya gətirdiyi oğlan uşağı ailənin 3-cü övladıdır. Cəfərovlar ailəsinin 2 qızı var.

Körpə bu gecə saat 02-50-də dünyaya gəlib. Onun çəkisi 4.1 kq , boyu 54 sm-dir.

Bu ilin üçüncü uşağı da oğlan olub. Saat 03-00-da 7 saylı doğum evində dünyaya gəlib. 1993-cü il təvəllüdlü Səbinə İsmayılovanın dünyaya gətirdiyi oğlanın çəkisi 3.4 kq, boyu 52 sm-dir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler