» » Ziya Məmmədovun qardaşı oğlu həbs olundu?

Ziya Məmmədovun qardaşı oğlu həbs olundu?

Bölmə: BLOK XƏBƏR
Ziya Məmmədovun qardaşı oğlu həbs olundu?
Hüquq müdafiəçisi Vidadi İsgəndərli özünün facebook profilində şok məlumat paylaşıb.


Hüquq müdafiəçisi Vidadi İsgəndərli iddia edir ki, ona qarşı həyata keçirilən hədələmə kampaniyasının arxasında Ziya Məmmədovun digər qardaşı İldırım Məmmədovun oğlu dayanır. “Xalqinfo” Müsavat.com-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün Facebook səhifəsində yazıb. V. İsgəndərlinin iddiasına görə, onun hədələnməsində suçlu bilinərək həbs olunan Emil Məmmədov (Anar Məmmədovun media holdinqinə aid gun.az saytında işləyir) istintaqa ifadə verib və bir sıra ifşaedici məlumatlar toplayıb. V. İsgəndərlinin sözlərinə görə E. Məmmədov etiraf edib ki, onu V. İsgəndərliyə qarşı yönləndirən, müxtəlif hədə, söyüş və təhdid yazdıran Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun oğludur.

V. İsgəndərli Facebook-da yazır ki, məhz bu əməli sübut olunduğuna görə, İldırım Məmmədovun oğlu bu gün saxlanılıb. Həmin statusu redaktəli şəkildə, lakin məzmununa dəymədən təqdim edirik: “Mənə verilən məlumata əsasən məni terrorla hədələyən Emil Məmmədova maliyyə dəstəyini Ziya Məmmədovun Ucar rayonunda yaşayan qardaşı İldırım Məmmədovun oğlu edirmiş. Hal hazırda İldırım Məmmədovun oğlu bu işlə əlaqədar saxlanıb. Və o istintaqa mənə qarşı törətdiyi cinayətləri etiraf edib. Mütəşəkkil cinayətkar üzvlərin artacağı ehtimalı çoxalıb. Ola bilməz ki, bu mütəşəkkil cinayətkar dəstədən Ziya Məmmədovun ,İldırım Məmmədovun, Mənsur Məmmədovun xəbəri olmasın. Emil Məmmədov istintaqa etiraf edib ki, bu fəaliyyətinə görə Məmmədovlar ona ayda 3500 manat pul ödəyirlərmiş. İstintaq davam edir.”

Məlumatı İldırım Məmmədovun özü və yaxınları ilə dəqiqləşdirmək imkanı olmadı. Lakin onlar bu barədə hər hansı bir fikir söyləmək istəsələr, saytdakı əlaqə e-poçtlarından istifadə edə bilərlər.

Onu da tərəfimizdən əlavə edək ki, müxbirimiz Fərahim İlqaroğlunun Ziya Məmmədovun digər qardaşı oğlu Aynar Məmmədov tərəfindən siyasi terrora məruz qalması barədə şübhələr var.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler