» » Prezident 4,3 milyon manat ayırdı

Prezident 4,3 milyon manat ayırdı

Bölmə: BLOK XƏBƏR
Prezident 4,3 milyon manat ayırdı
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


"Xalqinfo” xəbər verir ki, sərəncama əsasən, on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı Yardımlı Rayon İcra Hakimiyyətinə ayrılır.

Bu məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.qafqazinfo


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler