» » Cahangir Hacıyev saxlanma şəraitindən razıdır”-

Cahangir Hacıyev saxlanma şəraitindən razıdır”- Vəkil: “

Bölmə: BLOK XƏBƏR
Cahangir Hacıyev saxlanma şəraitindən razıdır”-
Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

A.Layicov C.Hacıyevin vəziyyətinin normal olduğunu deyib: “Cahangir Hacıyevin səhhəti normaldır. O, 1 saylı Bakı İstintaq Təcridxanasının saxlanma şəraitindən və ona olan davranışdan razıdır”.

Vəkil A.Layicov xüsusi olaraq 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova təşəkkürünü bildirib: “Təcridxananın rəisi çox alicənab, qanuna və hüquqa hörmət edən şəxsdir”.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.

Cahangir Hacıyev dekabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (BMCMİ) 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

O, Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler