» » Avakov Saakaşviliyə su atdı-Prezident iclası tərk etdi

Avakov Saakaşviliyə su atdı-Prezident iclası tərk etdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Avakov Saakaşviliyə su atdı-Prezident iclası tərk etdi

Kiyevdə keçirilən beynəlxalq toplantıda Ukrayna daxili işlər naziri Odessa qubernatoru ilə vuruşub
Ukraynanın xarici işlər naziri Arsen Avakov Kiyevdə keçirilən beynəlxalq tədbirdə Odessa qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə su atıb. Tərəfləri sakitləşdirmək mümkün olmadığı üçün Ukrayna prezidenti Petro Poroşenko toplantını tərk edib.

Türkiyənin Radikal.com saytının Kiyev bürosu xəbər verir ki, Ukrayna Beynəlxalq İslahat Şurasının toplantısında DİN rəhbəri bir müddətdir hökumətə qarşı korrupsiya ittihamları səsləndirən Odessa qubernatoru Mixail Saakaşvilini sərt tənqid edib. Avakov bildirib ki, hökumət üzvlərini rüşvət və korrupsiyada suçlayan Saakaşvili Odessada müəssisələri əl altından rus iş adamlarına satır:“Saakaşvili Odessa limanının satışı üçün Rusiya oliqarxlarının qurduqları şirkətlərlə gizli sövdələşmələr aparır. Əslində isə o, Qərb firmaları ilə danışıqlar aparmalı idi”.

Qubernator da cavabında sərt ifadələr seçib: “Heç kim Saakaşvili ilə bu tonda danışa bilməz. Sən rüşvətə bulaşmış nazirsən, mənsə çox təmiz adamam”.



Saakaşvilinin cavabından sonra gərginlik böyüyüb, Avakov qubernatorun üzərinə su atıb. Avakov, Saakaşviliyə yüksək səslə “Ukraynadan get” deyib. Saakaşvili isə bildirib ki, o, Ukrayna vətəndaşıdır, heç yerə getməyəcək, çünki baş nazir Arseniy Yatsenyuk kimi ölkədən soyumayıb.

Beynəlxalq tədbirdə baş verən olaya prezident administrasiyasından da münasibət bildirilib. Bu haqda rəsmi açıqlamada “küçə davalarını yada salan olayın ölkəyə utanc gətirdiyi” yazılıb.

Yatsenyuk hökumətində daxili işlər naziri postunu tutan Arsen Avakov Bakı ermənisidir. O, yeni hökumətin ən korrupsiyaya uğramış məmuru sayılır. Avakovun DİN rəhbərliyinə gətirilməsindən sonra strukturda rüşvət faktlarının artdığı, polisin nüfuzunun aşağı düşdüyü bildirilir.

Avakov Saakaşviliyə su atdı-Prezident iclası tərk etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler