» » Daha bir ana ölümü

Daha bir ana ölümü (YENİLƏNİB)

Bölmə: BLOK XƏBƏR
Daha bir ana ölümü
Sabirabadda doğuş zamanı ölən ananın şəxsiyyəti bəlli olub. Sabirabad rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, əməliyyat 1987-ci ildə anadan olan Rzayeva Alidə Ağalar qızı üzərində aparılıb. Əməliyyat zamanı qadın qız uşağı dünyaya gətirib. Bu onun ikinci hamiləliyi olub. Belə ki,A.Rzayeva 2011-ci ildə ilk körpəsini də qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Ananın ölümünün səbəbləri aparılan tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

Saat 10:47
Azərbaycanda daha bir ana doğuş zamanı ölüb.
ANS PRESS-in məlumatına görə, hadisə Sabirabad rayonunda baş verib.

Gənc qadın bu gecə saatlarında doğuş sancısı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onun üzərində qeysəriyyə əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölən qadının yaxınları ilə xəstəxanada həkimlər arasında qarşıdurma yarandığı bildirilir. Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yeripə polis nəfərləri göndərilib.

Ətraflı məlumat veəcəyik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler