» » "Bəzi insanların beyinləri zəhərlənib" -Yusif Zeynalov

"Bəzi insanların beyinləri zəhərlənib" -Yusif Zeynalov

Bölmə: BLOK XƏBƏR, MANŞET
"Bəzi insanların beyinləri zəhərlənib" -Yusif Zeynalov

YAP- üzvü, gənc fəal Yusif Zeynalovun Avropa.info-ya müsahibə verib. Yusif Zeynalov müsahibəsində siyasi fəaliyyəti ilə bağlı, eyni zamanda, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı danışıb:

- Gənc olaraq çalışıram ki, vətənimizə, dövlətimizə, xalqımıza yararlı vətəndaş kimi yadda qalım. Siyasi fəaliyyətimi də bu istiqamətdə qurmuşam.

Hər birimizə bəllidir ki, Heydər Əliyev xalqımıza dövlətimizə qiymətsiz töhvələr verib. Açığını deyim uşaqlıqdan görmüşəm ki, ailəmizdə daima Heydər Əliyev adına böyük diqqət, hörmət var. Hələ onda çox məsələləri başa düşmürdüm, indi qürur duyuram ki, Heydər Əliyev ideyalarının təbliğatçısıyam.
Qeyd edim ki, YAP –ı mərhum prezident yaradıb və bu partiyanın xalqa xidməti də göz önündədir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında indi də Azərbaycan böyük siyasi və iqtisadi tərəqqiyə nail olub.
Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Cənab Prezidentimizin ətrafında bir yumruq kimi sıx birləşib.
Onu deyim ki, Azərbaycan gəncləri hansı partiyada fəaliyyət göstərməsindən asılı olmayaraq, dövlətçilyimizə xidmət etməlidirlər.
- Son günlər mediyanı zəbt etmiş MTN olayı barədə danışasız. Nə baş verir?

- Bilirsiniz, bu məsələ haqqında yalan doğru çox müzakirələr aparılır. Düşünürəm ki, Cənab Prezidentin iradəsi bütün məsələlərə aydınlıq gətirdi. Kimin hansı cinayət əməli varsa, qanun sözün deyəcək.
- Noyabrın 26-da Nardaranda ciddi hadisələr baş verdi. Azərbaycan dövlətçiliyinə qarşı çıxan bir qrup dini ekstremist zərəzlişdirildi. Bu barədə nə deyə bilərsiz?

- Mən bu hadisələrə diqqətlə baxmışam. Bəzi insanların beyinləri zəhərlənib. Başlarını itiriblər. Azərbaycanda olan söz azadlığı, dini-etiqad azadlığı yüksək səviyədədir. Hansısa xarici qüvvənin təsirinə düşüb dövlət qaydalarına qarşı, hakimiyyətə qarşı zor tətbiq etmək böyük cinayətdir.
Taleh Bağırzadənin danışığına qulaq asdım dəhşətə gəldim ki, bu necə Allaha xidmət edir? Bu hadisədə iki polisimiz şəhid oldu, 5 nəfər Nardaran sakini öldü. Nardaranda baş qaldıran dini eksterimizmi bəzi qara qüvvələr qızışdırırdı.

Bu adamlar anlamalıdır ki, bizim güclü dövlətimiz var, bu cür təxribatçı hadisələr Azərbaycan dövlətini zəiflədə bilməz. İstənilən ekstremizm niyyətinin qarşısı qətiyyətlə alınacaq.
Bu müstəqilliyimizi qazanmaq üçün 20 mindən artıq şəhid vermişik ki, Taleh kimiləri bu müstəqilliyimizə təhlükə yaratsın? Buna nə dövlətimiz imkan verər nə də xalq. Əminəm ki, belə məsələlər artıq həll olunub.

- Siyasi fəaliyyətinizi hansı formada koordinasiya edirsiniz?
- Bizim tədbirlər planında əsas yeri gənclər təşkil edir. Hesab edirəm ki, gənclərin əsas işi yüksək səviyyədə təhsil almaq, vətənpərvər olmaq, xalqa, dövlətçiliyə xidmət etməkdən ibarət olmalıdır. 20 mindən artıq şəhid vermiş xalqın övladlarıyıq. Bunu düşünməliyik. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, vətənpərvərlik, dövlətə, xalqa sədaqət yüksək səviyədə olmalıdır. Biz gənclər də bu istiqamətdə işimizi qurmalıyıq.

Bir məsələni də xüsusi vurğulamaq istərdim. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq hamımızın qorumağa borclu olduğumuz torpaqdır.
- Azərbaycan gənclərinin vətənpərvərliyindən razısız?

- Gənclərimiz arasında kifayət qədər vətənpərvər insanlar var. Əlbəttə, tam demək olmaz ki, hər biri vətənpərvərdir. Beyni zəhərlənmiş gənclərimiz də var. Say etibarilə az olsalar da çalışmalıyıq onlar da düz yolla gəlsinlər. Çox təssüflər olsun ki, bəzi qara qüvvələrin təsirinə düşən gənclərimiz hələ də mövcuddur.
- Azərbaycan gənclərinin tarixi irsimizin öyrənməsini necə qiymətləndirirsiniz?

- Gənclər müstəqil dövlətdə yaşayır, şükürlər olsun ki, öz tariximizi öyrənirik. Ancaq bəzi sorğular aparmışıq nəticədə məlum olub ki, gənclərimizin bəziləri tariximizi yaxşı bilmir. Məsələn: Zaqatala rayonunda Xocalı sakini olan 9-cu sinif şagirdinə sual verdim ki, Xocalı neçənci ildə ermənilər tərəfindən işğal olunub? Cavab verdi ki, 1999-cu ildə. Sonra sual verdim ki, Tarkan kimdir? Uşaq cavab verdi ki, Türkiyə müğənnisidir, hətta albomundan bir neçə musiqinin də adını dedi. Ona görə də hər birimiz bu istiqamətdə təbliğat işimizi ardıcıl aparmalıyıq.
- 20 ildən artıqdır ki, torpaqlarımız erməni işğalındadır. Torpaqlarımızın azad olunması üçün gənclər arasında vətənpərlik işini gücləndirmək lazımdır...

- Ermənistan artıq iyirmi ildən çoxdur ki, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazilərini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırım törədib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb, beynəlxalq normaları pozub. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT TəhlükəsizlikŞurasının dörd qətnaməsini icra etməyib. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatınınqətnamələrinə əməl olunmayıb. Nəticə etibarilə Azərbaycanaqarşı etnik təmizləmə siyasəti aparan Ermənistana qarşıbeynəlxalq sanksiya tətbiq olunmur. ABŞ və Qərb dairələri isəməsələyə ikili standartla yanaşaraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləmir.
Torpaqlarımızın azad olunması yönündə gənclərimiz arasında vətənpərlik işləri aparılır. Gənclərimiz bu ölkənin əsas insan resurslarını təşkil edir. İntellektli gənclik ölkəmizin əsas dayaqlarından sayılır. Vətənpərvər, intelelktli, savadlı gənclər dövlətimizin inkişafında əsas rol oyanır. Azərbaycanın gənclər siyasətində də prioritet məsələlərdən biri də budur.

İnanırıq ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımıza qayıdacağıq. O gün uzaqda deyil.
- Bir məsələ barədə fikirlərinizi bölüşməyinizi istəyirəm. Azərbaycan telekanalarının indiki səviyyəsini necə qiymətləndirirsiz?

- Təəssüf ki, Azərbaycan tamaşaçılarında yerli telekanallarda baxmağa heç nə olmadığı təəssüratı yaranıb. Əyləncəli verilişlərlə yanaşı, elmi əhəmiyyət daşıyan verilişlərə də diqqət yetirilməsi zəruridir. Telekanalların həftədə beş günün birini heç olmasa elmi verilişə həsr etməsi yaxşı olardı. Elmi əhəmiyyət daşıyan verilişlərin kütləviləşməsi vacibdir.
Azərbaycanda televiziyalar öz tənəzzül dövrünü yaşayır. Mən də çox narazıyam.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler