» » Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı

Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı

Bölmə: BLOK XƏBƏR
Cahangir Hacıyev Kürdəxanı təcridxanasına aparıldı

Beynəlxalq Bankın barəsində bu gün məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş sabiq prezidenti Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, C.Hacıyev Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

* * *17:29

Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri Cahangir Hacıyev həbs edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

İnformasiyaya görə, ABB-in sabiq rəhbəri barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

O da bildirilir ki, sabiq bankir DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) keçirdiyi əməliyyat nəticəsində tutulub.

Xatırladaq ki, C.Hacıyev buna qədər də dəfələrlə “Bandotdel”ə çağırılaraq dindirilmişdi. Beynəlxalq Bankın milyardlarla manatlıq qaytarılmayan kreditləri işi üzrə istintaq çərçivəsində C.Hacıyev az qala hər gün “Bandotdel”də ifadə verirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler