» » Cahangir Hacıyev haqda məhkəmə -

Cahangir Hacıyev haqda məhkəmə - Qərarı+Maddələr

Bölmə: BLOK XƏBƏR
Cahangir Hacıyev haqda məhkəmə -

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbs edilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Cahangir Hacıyev barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sabiq bankir Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.

“Qafqazinfo” xatırladır ki, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) keçirdiyi gizli əməliyyat nəticəsində tutulub.

O, 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Hacıyevin bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler